Yazını böyüt
Yazını kiçilt
Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Ukrayna hərbçiləri Beloqorovka kəndini nəzarət altına alıblar.
Hafta.az bildirir ki, eyni zamanda o, Luqansk vilayətinin tam azad edilməsi üçün vaxt lazım olduğunu bəyan edib.
“Bu proses Xarkov vilayətindən qat-qat çətin olacaq, çünki bu istiqamətdə düşməni təəccübləndirmək qeyri-realdır. Luqansk torpağının hər santimetri üçün ağır döyüş olacaq”, - Qaydai xəbərdarlıq edib.