Yazını böyüt
Yazını kiçilt
Kursk vilayətində mühasirəyə alınan ukraynalı əsgərlər mühasirəyə düşdüklərini belə başa düşmürlər, Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində deyib.
“Hazırda onların mühasirədən çıxarılması üçün cəhdlər edilir. Mühasirəyə alınan insanlar, hətta onların mühasirəyə alındığını belə başa düşmürlər”, - deyə prezident bildirib.
Rusiyanın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri oradakı qoşunlara stabil nəzarəti itirib.
Bir gün əvvəl Vladimir Putin Kazanda keçirilən BRİKS sammitində mətbuat konfransı zamanı Ukrayna Silahlı Qüvvələrinin 2 minə yaxın hərbçisinin Kursk vilayətində mühasirəyə alındığını açıqlamışdı.