Ukrayna raket və döyüş təyyarələrindən məhrum ola bilər

15:13 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NATO-nun keçmiş baş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Ukraynaya vəd edilən ATACMS raketləri və F-16 döyüş təyyarələrini itirə biləcəyi barədə xəbərdarlıq edib. O, bu barədə MSNBC-də danışıb.

Stavridisin fikrincə, ABŞ Konqresi Kiyevə dəstək barədə razılığa gəlməsə, çatdırılma mümkün olmayacaq və bu, “Ukrayna üçün dəhşətli an” olacaq. Keçmiş NATO komandiri hesab edir ki, Konqres Milad tətilinə çıxana qədər razılaşmalar əldə edilməyəcək.

Stavridis hazırkı vəziyyəti “nazik buz üzərində gəzmək” adlandırıb və bildirib ki, Rusiya Federasiyası böyük bir hücuma başlasa, Ukrayna Qərbin köməyi olmadan özünü müdafiə edə bilməyəcək.