Yazını böyüt
Yazını kiçilt
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Qərb ölkələrinin Kiyevi Moskva ilə danışıqlar prosesinə başlamağa sövq etmək cəhdi ilə bağlı xəbərlər fonunda Ukraynanın Rusiya ilə atəşkəsə razılaşmayacağını bildirib.
Bu barədə Podolyak özünün “Twitter” səhifəsində yazıb.
“Ukraynanın təslim olması ilə bağlı hər hansı bir sui-qəsd nəzəriyyəsi və ya Qərblə Putin arasında gizli danışıqlar bir “xırda detalı” - ukraynalıları nəzərə almır. Bu cür razılaşmalar sadəcə olaraq həyata keçirilə bilməz. Ukrayna heç vaxt rusların qarşısında diz çökməyəcək. Bu siyasət məsələsi deyil. Bu, həyat məsələsidir”, – Zelenskinin müşaviri yazıb.