Ukrayna Rusiya və Belarusla sərhəddə “əjdaha dişləri” quraşdırır

16:24 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya və Belarusla sərhəddə yerləşən Çerniqov vilayətində əjdaha dişləri adlanan mühafizə xətləri yaradır. Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Birgə Qüvvələr Əməliyyatının komandanı Sergey Naev bu qərarı açıqlayıb.

“Təhlükə artarsa, hazırlanmış xətlərə əlavə qüvvələr gələcək və biz vəziyyətin istənilən inkişafına adekvat reaksiya verməyə hazır olacağıq”, - deyə o bildirib.