Ukrayna tanklar üçün mərmi istehsalına başladı

18:59 14.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın dövlət konserni “Ukroboronprom” çərşənbə axşamı elan edib ki, tank silahları üçün 125 mm-lik mərmi istehsalına başlayıb.

"Bu, artıq ikinci növ sursatdır ki, onun istehsalına konsernin müəssisələri xaricdəki NATO ölkəsi ilə sıx əməkdaşlıq şəraitində başlayıb", - "Ukroboronprom"un mətbuat xidməti yazır.

Konsern qeyd edir ki, Ukrayna müharibə zamanı müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq 82 və 120 mm kalibrli minalar, 122 və 152 mm çaplı artilleriya mərmiləri, indi isə mərmilər kimi sursatların öz istehsalına başlayıb.

"Təhlükəsizlik məqsədilə istehsal ölkədən kənara köçürülüb, lakin bizim insanlarımız sursatların yaradılmasında iştirak edirlər: konstruktorlar, texnoloqlar və s." - "Ukroboronprom" yazır.