Ukrayna televiziyasından “1 milyon itkin əsgər” iddiası

10:00 28.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada yayımlanan “1+1” telekanalı Müdafiə Nazirliyinin məlumatlarına əsasən, münaqişələr zamanı Ukrayna Silahlı Qüvvələrinin 1 milyon 126 min 652 əməkdaşının həyatını itirdiyini və ya itkin düşdüyünü açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Kiyev Rəyasət Heyətinin reaksiyalarından sonra xəbər yayımdan çıxarılıb.

Rusiya mətbuatında yer alan xəbərə görə, Kiyev rəhbərliyi xəbəri yayan telekanaldan üzr istəməsini tələb edib. Yayımdan qısa vaxt sonra Ukraynanın “1+1” telekanalının nümayəndələri yayımlanan xəbərdəki səhvə görə üzr istəyiblər.

Xəbərdə adıçəkilən itkin düşmüş və ölən Ukrayna əsgərlərinin sayının əslində səhvən açıqlandığı, yoxsa real olduğu bilinmir.

Noyabrın 18-də Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “YouTube” kanalına müsahibəsində Ukrayna ordusunun böyük itki verdiyini bildirib.

“The Economist” ABŞ rəsmilərinə istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri 190 min əsgər itirib.

Noyabrın 7-də Fransanın “Liberation” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu ölkəyə işğalçı hücumundan sonar ən azı 200 min döyüşçünü itirib.

Oxunma sayı 220
Dünya rubrikasından digər xəbərlər