Ukrayna üçün sovet tanklarını təmir edib milyarder oldu

10:20 18.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çexiyada sovet T-72 tanklarını modernləşdirərək Ukraynaya göndərən CSG şirkəti Ukrayna müharibəsindən sonra dövriyyəsini təxminən 3,5 dəfə artırıb. Şirkətin sahibi Mixal Strnad bununla da milyarderlər sırasına qoşulub.

Hafta.az-ın Rusiya mətbuatına istinadən yazdığına görə, əməliyyat başlayandan bəri təxminən 300 ədəd T-72 tankını təmir edən Çexoslovakiya Qrupunun (CSG) dövriyyəsi 2021-ci ilə nisbətən 560 milyon avrodan 1,73 milyard avroya yüksəlib.

Bildirilir ki, Ukrayna müharibəsindən sonra şirkətin ağır sursat istehsalı 10 dəfədən çox artıb, personal sayı isə 3 dəfə artaraq 10 min nəfərə çatıb.

Şirkətin sahibi Mixal Strnad, istehsalının qarşıdakı illər üçün tam olaraq rezervasiya edildiyini və uzun illər silaha tələbatın daha yüksək səviyyədə olacağını təxmin etdiklərini söyləyib.