Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib.
Hafta.az-ın yazdığına görə, bəyanatda bildirilir ki, Rusiyanın hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, ölkə ərazisini güc yolu ilə ələ keçirmək və işğala nəzarət etməkdir.
"Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass və Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir. Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır", - bəyanatda bildirilir.
Qeyd olunur ki, Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.
"Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövlətə qəti cavab verməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər", - bəyanatda qeyd olunur.