Ukrayna baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov bəyan edib ki, ölkəsi 1800 kilometr mənzilli kamikadze silahlı pilotsuz uçuş aparatları (PUA) hazırlayıb.
Hafta.az-ın yazdığına görə, nazir Fedorov bu barədə “Reuters”ə müsahibəsində deyib.
Ukraynanın Rusiya kimi saxta İHA-lardan istifadə etdiyini bildirən Fedorov, bəzən ölkəsinin bir gecədə Rusiyadan daha çox hücum PUA-larından istifadə etdiyini bildirib. "Süni intellekt müəyyən dərəcədə istifadə olunur, lakin daha kritik problemlər əlaqə və dərin zərbələr üçün dronların buraxılması üsullarıdır" deyib nazir.
Fedorov bəyan edib ki, Ukraynada 1800 kilometr uçuş məsafəsi olan PUA-ları var. Bundan əlavə, nazir Ukraynanın Rusiyanın gecə hücumlarında istifadə etdiyi “Şahid” tipli PUA-lara qarşı dura biləcək PUA-lar üzərində çalışdığını ifadə edərək, “Bəzi şirkətlərin sınaqları var, lakin onlar hələ də araşdırma və inkişaf mərhələsindədir. Müəyyən nəticələr əldə olunub” deyib.
Bununla belə, Fedorov Ukraynanın bu il 1,6 milyon PUA-nın alınması üçün müqavilə imzaladığını və FPV dronları da daxil olmaqla 1,3 milyon PUA-nın artıq orduya təhvil verildiyini açıqlayıb.