Ukraynada Dövlət Xüsusi Rabitə Xidmətinə yeni rəis təyin edilib

20:32 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yuri Mironenko Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin yeni rəhbəri olub. Bu barədə ölkə parlamentindəki hökumət nümayəndəsi Taras Melniçuk Telegram kanalında məlumat verib.

"Yuri Nikolayeviç Mironenko Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin sədri vəzifəsinə təyin edilib", - Melniçuk yazıb.

Ukrayna Xüsusi Rabitə üzrə Dövlət Xidmətinin keçmiş sədri Yuri Şçiqol və onun müavini Viktor Jora noyabrın 20-də tutduqları vəzifələrdən azad ediliblər. Ukrayna hakimiyyəti onlara qarşı 62 milyon qrivna (1,7 milyon dollardan çox) məbləğində büdcə vəsaitinin mənimsənilməsi ittihamı ilə cinayət işi açıb.

Oxunma sayı 106