Ukraynada itkin düşən əsgərlərin sayı açıqlanıb

21:05 18.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hazırda 7000-dən çox Ukrayna əsgəri itkin düşənlər siyahısındadır. Bu barədə çərşənbə axşamı itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

Ukrayna mətbuatı Kotenkonun sözlərini sitat gətirib: “Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur və biz itkin kimi axtardığımız həmin şəxslərin hələ də əsirlikdə olduğunu gözləyirik”.

Kotenkonun sözlərinə görə, itkin düşənlərin təxminən 60-65%-i sağ və əsirlikdə tapılıb: “Qalanları təəssüf ki, ölüblər”, - komissar bildirib.