Yazını böyüt
Yazını kiçilt
Ukraynada son sutkada 392 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 3764 nəfərə çatıb ki, onların 180-nə yaxını uşaqdır.
Son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 143 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.