Ukraynada koronavirusdan ölənlərin sayı 2600-ü ötüb

12:23 01.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada son sutkada koronavirusdan ölüm halları artıb.

Bu ölkədə son sutkada 2088 nəfər koronavirusa yoluxub, 48 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, İvano-Frankovsk, Lvov, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 123 min 303 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 2605 nəfərdir, 57 min 114 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.