Yazını böyüt
Yazını kiçilt
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fevral ayı hesabatına əsasən, Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri Ukraynada mülki vətəndaşların sayı 8 mini ötüb.
Mülki əhali arasında ümumi itkilər 21 min 580 nəfər təşkil edib, onlardan 8 min 101 nəfəri həlak olub. Ölənlər arasında - 2 min 127 qadın və 488 uşaq var.
"Məlumat verilən mülki əhalinin əksəriyyətinin hava hücumları, geniş ərazini əhatə edən partlayıcı maddələr, o cümlədən ağır artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raketlər nəticəsində baş verdiyi bildirilir", - məlumatda deyilir.