Ukraynada yeni səfərbərlik dalğasına start verən Kiyev rəhbərliyi orduya qoşulmaq üçün könüllü əsgər tapmaqda çətinlik çəkir.
Hafta.az-ın yazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin generalı Dmitri Marçenko “Deutsche Welle”yə (Rusiyada xarici agent müəyyən edilib) müsahibəsində deyib ki, “ordu sıralarına qoşulmaq istəyən könüllülər tükənib”.
Marçenko çağırış yaşının 27-dən 25-ə endirilməsi təklifini müsbət qiymətləndirib, lakin "bir çox kişi xaricdə gizləndiyi üçün qadınların arxa hissələrdə xidmətə səfərbər edilməsi" ideyasını pisləyib.
Hərbçilərin ailələrinin vaxtından əvvəl tərxis olunması tələblərinin artması ilə bağlı açıqlama verən Ukrayna müdafiə naziri Rustəm Umarov deyib ki, demobilizasiya prosesi yalnız Rusiya ilə münaqişə bitdikdən sonra başlaya bilər.
Dekabrın 19-da president Vladimir Zelenski bildirib ki, baş qərargah ona daha 450-500 min nəfəri səfərbər etmək xahişi ilə müraciət edib. Bu bəyanatdan sonra bütün ölkə mətbuatında məcburi hərbi xidmətə cəlb olunma görüntüləri yer almağa başlayıb.
Kiyev administrasiyası xaricə qaçan ukraynalıları prosesə cəlb etmək üçün işə başladığını açıqlayıb.