Yazını böyüt
Yazını kiçilt
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətin siyasi-diplomatik vasitələrlə həllinin mümkünlüyünü şərh edərkən bildirib ki, hazırda Ukraynada vəziyyətin siyasi və diplomatik yolla nizamlanması perspektivləri yoxdur.
Hafta.az bildirir ki, o, bu barədə “İnterfaks”a müsahibəsində danışıb.
"Hazırda belə perspektivlər görünmür" Peskov deyib.
Bundan əvvəl Dmitri Peskov bildirib ki, Krımın da bir hissəsi olduğu Rusiya Federasiyasının ərazisi ilə bağlı istənilən iddiaya lazımi cavab veriləcək. Kreml sözçüsü onu da xatırladıb ki, "DXR və LXR" Rusiya Federasiyasının tanıdığı müstəqil dövlətlərdir. O, izah edib ki, respublikalar Moskvadan təhlükəsizlik yardımı istəyiblər, “bunu da Rusiya edir”.