Ukraynadakı münaqişəni bir günə həll edə bilərəm - Tramp

12:18 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, yenidən Amerika administrasiyasının rəhbəri vəzifəsinə seçilərsə, həmin gecə Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenskiyə zəng vuracaq və Ukrayna ətrafındakı vəziyyəti mümkün qədər tez həll etmək üçün görüş təşkil edəcək.

“Qələbəmdən xəbər tutan gecə iki nəfərə - Zelenskiyə və Putinə zəng edib onlara deyəcəyəm: “Görüşməliyik”. İşləri həll edə biləcəyimə zəmanət verirəm. Biz 24 saat ərzində razılığa gələcəyik”, - Tramp Floridada tərəfdarlarının mitinqində deyib.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 15 noyabr 2022-ci ildə Tramp prezident seçkilərində namizədliyini yenidən irəli sürəcəyini açıqlayıb.