Ukraynadakı rus ordusunun komandanı olan GENERALDAN İKİ HƏFTƏDİR XƏBƏR YOXDUR

12:37 02.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ukrayna arasında müharibə bütün şiddəti ilə davam edərkən, hər gün Rusiya cəbhəsindən ordudakı iğtişaşlar və “itkilər”lə bağlı xəbərlər gəlməkdə davam edir. Rusiya prezidenti Vladimir Putinin özünün ordunun başına təyin etdiyi generalla bağlı da təəccüblü iddialar səslənib.

Hafta.az bildirir ki, Rusiyanın Suriyadakı müharibəsində iştirak edən və bu ölkədəki hərəkətlərinə görə hərbi cinayətkar elan edilən general Aleksandr Dvornikov illər sonra yenidən Ukrayna müharibəsi ilə gündəmə gəlib.

Dvornikov aprel ayında Rusiyanın Kiyevə hücumları uğursuzluqla nəticələnəndən sonra Putin tərəfindən rus ordusuna rəhbərlik etmək üçün seçilib.

Səhnə arxasına bomba kimi düşən xəbərə görə, bədnam general iki həftədir ki, yox idi. Bu, Putinin özünün öz komandirini işdən çıxarması barədə şayiələrə səbəb olub.

General Aleksandr Dvornikovun iki həftədir görünmədiyi iddiası ABŞ rəsmiləri tərəfindən irəli sürülüb. ABŞ iddia edir ki, Dvornikov Kiyevdə olduğu kimi Donbasa qarşı hücumun da uğursuzluğa düçar olduğunu görən Putin tərəfindən işdən çıxarıla bilər.

Əgər bu iddialar doğrudursa, indi Rusiyanın Ukraynadakı müharibəsinə kimin rəhbərlik etdiyi bəlli deyil.

Əgər general Dvornikov həqiqətən də Putin tərəfindən işdən çıxarılıbsa, indi onun adı Qara dəniz donanmasının komandiri admiral İqor Osipov və Qərb rəsmilərinin işdən çıxarıldığını bildirən 1-ci Qvardiya Tank Ordusunun rəhbəri general-leytenant Sergey Kisel kimi həmkarları ilə hallanacaq.
Dvornikovun yoxa çıxması barədə ilk dəfə Amerika rəsmilərinin işğalın vəziyyəti ilə bağlı keçirdiyi brifinqdən sonra “New York Times” qəzeti məlumat yayıb.

Güman edilir ki, Rusiya Kiyevdə etdiyi səhvləri Donbassda da təkrarlayıb. Uzanans deyir ki, Rusiya Kiyevi ələ keçirməyə çalışarkən, əsgərlərin alçaldılması, ordunun müxtəlif qolları arasında koordinasiyanın olmaması və irəliləyişin "yavaş" tempi də daxil olmaqla, "eyni səhvləri" təkrarlayır.