Ukraynadan Krıma kütləvi hücum

14:35 02.12.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 27-də işğal olunmuş Krımda Rusiya hərbi obyektlərinə kütləvi hücumun məqsədi düşməni cəbhədən əlavə hava hücumundan müdafiə sistemləri keçirməyə məcbur etmək olub.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu fikirləri “Forbes” jurnalının jurnalisti Devid Eks ifadə edib.

Krımdakı Rusiya hədəflərinə 40-a qədər raket və pilotsuz təyyarənin cəlb oluna biləcəyi hücum diqqətlə planlaşdırılmış əməliyyat idi.

“Müharibə Araşdırmaları İnstitutunun (“İSW”) məlumatına görə, hücuma "Su-24" bombardmançıları tərəfindən atılan “Storm Shadow” qanadlı raketləri, uzaqmənzilli “yer-yer” silahlarına çevrilmiş "S-200" zenit raketləri, kəşfiyyat agentliyinin zərbə vuran pilotsuz təyyarələr və identifikasiya olunmamış ballistik raketlər qatılıb”, - məqalədə belə deyilir.

Ukrayna qoşunları rus işğalçılarını cəbhədən əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə məcbur etmək istəyirdi. D. Eks hesab edir ki, bu, Ukrayna Müdafiə Qüvvələrinin növbəti hücumlarını asanlaşdıracaq.

Ukrayna Silahlı Qüvvələrinin əsas məqsədi Kursk vilayətində Rusiya ordusunun komanda məntəqələrinə və təchizat xətlərinə və ya Donetsk vilayətində düşmənin əsas infrastruktur obyektlərinə zərbələr endirmək ola bilər.