Ukraynalı kikboksinq çempionu döyüşlərdə HƏLAK OLDU

18:12 28.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünyanın gözü həftələrdir Ukraynadadır. Toqquşmalarda həyatını itirənlər arasında kikboksinq üzrə Ukrayna çempionu Maksym Kaqal da var. Kaqalın məşqçisi idmançının Mariupoldakı qarşıdurmada öldüyünü açıqlayıb.

Hafta.az xəbər verir ki, Ukrayna əsgərləri və könüllüləri ölkənin hər yerində rus qoşunları ilə vuruşmağa davam edərkən, Mariupol müharibənin ən qızğın olduğu yerdir.

Strateji əhəmiyyətə malik liman şəhəri həftələrdir ki, qızğın qarşıdurmalara səhnə olub.

Britaniyanın İndependent qəzetində çıxan xəbərə görə, bölgədəki qarşıdurmada kikboksinq çempionu Maksym Kagal da həyatını itirib.

Kikboksinq çempionu Mariupolu Rusiya qüvvələrinin hücumundan müdafiə edərkən ölüb. Bu barədə idmançının məşqçisi məlumat verib.

Eyni xəbərə görə, 30 yaşlı Kaqal Mariupol şəhərini müdafiə edən Azov bölməsinin tərkibində olub.