Ukraynanın 4 həftə vaxtı var - GENERALDAN XƏBƏRDARLIQ

17:09 05.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi kontekstində bu gün Ukrayna Silahlı Qüvvələrinin əsas vəzifəsi düşmən öz ehtiyatlarını Ukraynaya köçürməzdən əvvəl rus qoşunlarını məhv etməkdir.

Hafta.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələrinin quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skzıpçak deyib.

"Yeni səfərbər edilmiş qüvvələr cəbhəyə gəlməzdən əvvəl Ukrayna Rusiya ordusunun öhdəsindən gəlməlidir. Bunun üçün 4-5 həftə vaxt var, düşünürəm ki, iyunun sonuna qədər", - Skşiçak bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bu müharibənin nəticələrinə həlledici təsiri olacaq.

"İndi müharibənin taleyini Putin yox, prezident Zelenski həll etməlidir. Ukrayna prezidenti indi qalib gəlir, ona görə də onun nə vaxt bitəcəyini müəyyənləşdirməlidir. Mən demək istəyirəm ki, Ukraynanın Donbassın bütün işğal olunmuş ərazilərini azad etmək şansı var. Krım məsələsi beynəlxalq arenada daha sonra - bəlkə də artıq Rusiyanın başqa prezidenti ilə həll olunmalıdır”, - deyə general bildirib.