Yazını böyüt
Yazını kiçilt
Dünya Bankı, Avropa Komissiyası və Ukrayna hökumətinin yeni birgə hesablamalarına görə, müharibədən sonra ölkənin yenidən qurulması təxminən 350 milyard dollara başa gələcək.
Hafta.az bildirir ki, bu müharibədə Rusiya qoşunlarının vurduğu birbaşa maddi ziyan Dünya Bankı tərəfindən 97 milyard dollar həcmində qiymətləndirilir. 2021-ci ildə Ukraynanın ÜDM-i Rusiya işğalından əvvəl 200 milyard dollar idi.
Avropa İttifaqı bu gün kritik infrastrukturun və hökumətin fəaliyyətini təmin etmək üçün Ukraynaya 5 milyard avro makromaliyyə yardımı ayrılması barədə qərar qəbul edib.
"İşğalın zərəri nəsillər boyu hiss olunacaq - ailələrin ayrılması, şəxsi inkişafın pozulması, mədəni irsin məhv edilməsi səbəbindən", - hesabatda deyilir.