Yazını böyüt
Yazını kiçilt
Rusiya İstintaq Komitəsi müəyyən edib ki, dünyanın 25 ölkəsi Ukraynanı silahla təmin edir, onlardan 21-i NATO üzvüdür. Bu barədə RF İK-nin Telegram kanalında məlumat verilib.
Qeyd olunur ki, söhbət çoxsaylı buraxılış raket sistemləri üçün 122 mm-lik mərmilər, tanklar üçün 125 mm-lik mərmilər, 120 mm və 60 mm-lik minaatan sursatları, onlar üçün haubitsa və mərmilər, qumbaraatanlar, pilotsuz uçuş aparatları kimi silahlardan, helikopterlər, tanklar, NLAW tank əleyhinə idarə olunan raketlər, Javelin raket sistemləri və digər avadanlıqlardan gedir.