Ukraynaya dəstək 2 milyard dollara çatdırılacaq - Makron

21:49 05.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Ukraynaya ümumi dəstəyini 2 milyard dollara çatdıracaq.

Hafta.az xəbər verir ki, bun Fransa Prezidenti Emmanuel Makron Ukrayna üçün beynəlxalq donor konfransı zamanı videomüraciətində deyib.

"Fransa Ukrayna prezidenti tərəfindən səsləndirilən ehtiyaclara cavab olaraq 2 milyard dollar qlobal yardım ayıracaq. Fransa Ukraynanın ehtiyaclarına kollektiv şəkildə cavab vermək üçün Aİ daxilində, avropalı tərəfdaşlarımızla, həmçinin G7 və beynəlxalq maliyyə institutları çərçivəsində koordinasiyalı şəkildə hərəkət etməyə davam edəcək", - deyə E.Makron bildirib.