Ümid qəsəbəsində növbəti səyyar görüş keçirilib

14:05 09.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az-ın yazdığına görə, qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ümumilikdə 60-a yaxın qəsəbə sakini iştirak edib.

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib. 

Qəsəbə sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də sakinlərlə görüşlər davam etdirilir.