Uqandadakı Məsihin Həvariləri Kilsəsinə bağlı Şərqi Afrika ölkələrindən olan yüzlərlə xristian “qiyamət” qorxusundan Efiopiyaya qaçıb.
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, polis sözçüsü Oskar Ogeca, yüzlərlə uqandalı xristianın qiyamətin qopmasından və bunun onların bölgələrinə təsirindən qorxaraq Efiopiyaya getdiyini təsdiqləyib. O bildirib ki, təriqət üzvləri qiyamətdən sonrakı Efiopiyada həyatın yenidən başlayacağına inanırlar.
Adıçəkilən təriqət mənsublarının Efiopiyaya köçməzdən əvvəl bütün mal varlıqlarını satdıqlarını qeyd edən Ogeca “Uqandanın şərqindəki Obululum kəndinin sakinləri qiyamətin yeganə təhlükəsiz yeri olduğunu düşünərək Efiopiyaya getdilər” deyib.
Oskar Ogeca məsələylə əlaqədar araşdırma başlatdıqlarını bildirib.