Uruqvayın keçmiş Prezidenti vəfat edib

21:20 06.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Uruqvayın keçmiş Prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.

Hafta.az TASS-a istinadən bildirir ki, bu barədə keçmiş dövlət başçısının üzvü olduğu “Geniş Cəbhə” siyasi koalisiyası məlumat yayıb.

Onun ölüm səbəbi onkoloji xəstəlik olduğu bildirilir.

Qeyd edək ki, Tabare Vaskes 2005-2010-cu və 2015-2020-ci illər arasında prezident postunu tutub.