ÜST Azərbaycan hökumətinə təşəkkür etdi

14:45 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.

Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

ÜST-ün Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.