ÜST rəhbəri COVID-19-un nə vaxt bitəcəyini açıqlayıb

23:35 21.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”. 

Hafta.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  Baş direktoru Tedros Adhanom Qebreyesus cümə günü keçirilən brifinqdə koronavirusla 1918-ci ildə yayılmış "İspan qripi"ni müqayisə edərkən bildirib.

ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur:

“Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”.