Usta rejissor 60 illik karyerasına son qoyur

10:20 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Usta rejissor Ken Loaç təqaüdə çıxmaq qərarına gəldiyini təsdiqləyib. Loaç son filmi "The Old Oak"ın ABŞ-da nümayişindən əvvəl açıqlama verərək 60 ildən uzun davam edən karyerasından sonra kinodan ayrıldığını bildirib.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə, “Kes”, “The Wind That Shakes the Barley”, “Land And Freedom”, “My Name Is Joe” və “I, Daniel Blake” kimi filmlər iki “Qızıl Palma budağı” qazanıb. Rejissor daha əvvəl də təqaüdə çıxacağını açıqlamışdı.

Loaç “The Old Oak” filminin nümayiş olunacağı keçənilki Kann Film Festivalından əvvəl deyəndə ki, bu onun son filmi olacaq, hamı rejissorun geri dönəcəyi düşünürdü. Lakin 10 ay keçib və 87 yaşlı Loaç kamera arxasına qayıtmayıb.

"Mən sadəcə gələcək haqqında düşünməyə və nostalji olmamağa çalışıram" deyən kinorejissor bildirib: "Film çəkməməyim o demək deyil ki, mənim filmlərlə, tələbələrlə və filmlər haqqında yazan insanlarla əlaqəm hər hansı şəkildə bitəcək. Mən şanslı idim, bizneslə məşğul olmağa bənzər, lakin konsentrasiya və səyahət səviyyəsi eyni olmayan bir çox layihələrim var idi. Çox şey etmək imkanım var", - deyə əlavə edib.

Loaç həmçinin Conatan Qleyzerin “The Zone of Interest” üçün Oskar qəbulu nitqində Qəzza məsələsini gündəmə gətirmək qərarına “böyük hörmət” etdiyini bildirib.

Rejissorun etdiklərinin "çox cəsarətli" olduğunu bildirən Loaç “Variety”ə verdiyi müsahibədə: "Əminəm ki, o, mümkün nəticələrdən xəbərdar idi. Bu, onu daha da cəsarətli edir, ona görə də ona böyük hörmətim var".