Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq- Qarabağ müharibəsi əlilindən Prezidentə məktub

18:20 27.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əziz və hörmətli Prezidentim.

Sizi Qarabağ əlili kimi ən səmimi duyğularımla salamlayıram. Ölkəmizin bu çətin günündə yorulmadan hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, Sizi hər zaman dəstəkləyirik.

Dünyada tüğyan edən bu pandemiya təhlükəsinin Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, verdiyiniz Fərman və Sərəncamlar tarixi qərarlardır. Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq.

Biz məcburi köçkün kimi dövlətin qayğısını hər zaman hiss etmişik. Bu da bizi Sizin ətrafınızda bir yumruq kimi birləşməyə, dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir. Biz daim Sizinləyik.

Hörmətlə,

Qarabağ müharibəsi əlili İmanov Pəhlivan İsmayıl oğlu