İndoneziyada insanları vaksin vurdurmağa təşviq eləmək üçün maraqlı üsul tapılıb.
Hafta.az yazır ki, Qərbi Yava əyalətinnin Cipanas bölgəsində, insanlarda həvəs yaratmaq qərarına gələn tibb işçiləri, əvvəlcədən xəbər vermədən, qapı-qapı gəzərək insanları vaksin vurdurmağın vacib olduğuna inandırmağa çalışırlar. Hər vaksin vurduran yaşlı insana isə bir baş toyuq hədiyyə olunur. Onlar düşünürlər ki, xüsusilə, vaksindən çəkinən yaşlı adamlar bəlkə yumurtlayan toyuq üçün tibb məntəqəsinə gələlər.

Qeyd edək ki, indiyədək 275 milyonluq İndoneziyada əhalinin cəmi 5 faizi vaksin vurdurub. İndiyədək ölkədə 2,2 milyondan artıq adam koronavirusa yoluxub, onlardan 59 mindən çoxu dünyasını dəyişib.
Bənzər maraqlı xəbər isə Rusiyanın Sakit ikean sahili bölgəsindən - Xabarovsk şəhərindən gəlib. Məlumata görə, burada yerli hökumətin qərarı ilə vaksin vurduran 60 yaş üstü hər bir sakinə 10 ədəd yumurta hədiyya edilir.