Vasif Tağyev səfirliyə hücum anından danışdı - VİDEO

16:38 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrandakı səfirliyimizə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb.

Bu barədə Xarici İşlər Nazirliyin Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqində nümatiş etdirilən videoçarxda qeyd edilib.

Vasif Tağıyev videoçarxda bildirib ki, tapançadan açılan güllə onun çənəsindən girərək gözünün alt nahiyəsindən çıxıb.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Oxunma sayı 467