Venesuela həbsxanasında iğtişaş - 41 məhbus öldü

11:10 02.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelanın qərbindəki Quanara şəhərində həbsxanaların birində baş verən iğtişaş nəticəsində 41 məhbus həlak olub.

Hafta.az-ın məlumatına görə, daha 50 nəfər yaralanıb.

Qeyd olunur ki, iğtişaş məhbuslar həbsxana ərazisindən qaçmağa çalışarkən başlayıb.

Hadisə zamanı təhlükəsizlik nümayəndələrinə qumbara atılıb. Mühafizəçilərdən 1-i ağır yaralanıb.

Bundan başqa, həbsxana direktorunun da bıçaqlandığı deyilir.