Vens Ukraynanı ərazilərini Rusiyaya verməyə çağırıb

20:06 25.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna mövcud münaqişəni həll etmək üçün ərazilərini Rusiyaya verməlidir. Bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd C.D.Vens deyib. NewsNation YouTube kanalı xəbər verir ki, bu barədə o, Miçiqanda seçicilər qarşısında mitinqdə çıxışı zamanı bildirib.

“Düşünürəm ki, son nəticədə yenə də Ukrayna bu qərarı verməli olacaq”, - deyə siyasətçi bildirib.

Vens onu da əlavə edib ki, ABŞ-ın münaqişənin diplomatik yolla həllinə keçmək və Rusiya ilə Ukrayna arasında danışıqlara yardım etmək vaxtı çatıb.