Vətən müharibəsində əlil olan şəxslər avtomobilllə təmin olunacaq

12:40 26.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müharibə əlillərinin avtomobillə təminatı üçün növbə yoxdur. Lakin 2020-ci ildəki hərbi əməliyyatda əlil olan şəxslər də növbəlilik əsasında avtomobilllə təmin olunacaqlar.

Hafta.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, indiyədək ölkədə müharibə səbəbindən əlilliyi olan 7200-dək şəxsə avtomobil verilib.

B.Hüseynov əlavə edib ki, 2020-ci ildə 400 şəxsə avtomobil verilib.