Vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

10:45 18.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 17-də polis əməkdaşları Bakıda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 5 tüfəng, 32 patron darağı və 206 müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, əməkdaşlar tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.