Vətəndaşlardan sənədsiz ov tüfəngləri götürüldü

13:49 22.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Oxunma sayı 25