İraqın Daxili İşlər Nazirliyi mülki şəxslərin əsasən yüngül silah daşımaq üçün lisenziya ala biləcəyi yeni qaydanı açıqlayıb.
Hafta.az-ın yazdığına görə, DİN-in dərc etdiyi əsasnaməyə görə, birinci mərhələdə silah gəzdirmək üçün lisenziyanın alınması prosesi daxili işlər nazirinin təsdiqi ilə başlayır. Daha sonra rəsmi sənədlərin və biometrik məlumatların yoxlanılması prosedurları həyata keçirilərkən “lisenziya almaq istəyən şəxsin tibbi müayinədən keçirilməsi, lisenziya veriləcək silahın məhkəmə-tibbi sübutlarının yoxlanılması və müvafiq sənədlərin təqdim edilməsi ilə proses yekunlaşdırılır.
İkinci mərhələdə lisenziyanın alınması prosesi kompleks yoxlamalardan keçirilir və mülkiyyət hüququ Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış komissiya vasitəsilə verilir. Lakin İraqda silahların daşınması və lisenziyalaşdırılması məsələsi hökumətin ölkənin hüquqi və konstitusiya yolunu dəstəkləmək üçün qəbul etməli olduğu bürokratik prosedurlar kontekstinə daha yaxın görünür. Ancaq problem bundan daha mürəkkəbdir. Çünki qeyri-rəsmi statistikaya görə, dövlətin nəzarətində olmayan təxminən 7 milyon silah var. Göstərilən sayda yüngül silahların olması əsaslandırıla bilsə belə, çox sayda orta və ağır silahların olması müşahidəçilər tərəfindən əsaslandırıla bilməyən məsələdir.
Düzdür, mülki şəxslərin əlində qeydiyyatsız silahın olması çoxdan bəllidir, amma son iki onillikdə olduğu kimi, qorxulu inkişaf qeydə alınmayıb.
Məlumata əsasən, hələ Kral I Feysəl (1883-1933) tərəfindən 1932-ci ilin qışında İraqın yüksək vəzifəli siyasətçilərinin oxuyub şərh etmələri üçün göndərdiyi sənədə əsasən, xalqın 100 min silahı olduğu halda, hökumətin əlində cəmi 15 min silah varmış. Bu isə İraqın bir əsrə yaxındır silah saxlamaq barədə əziyyət çəkdiyi xroniki problemin miqyasını ortaya qoyur.
Son iki onillikdə problem daha da mürəkkəbləşib. Dövlətin nəzarətinin mümkünlüyünü əngəlləyən məsələ dövlət çərçivəsindən kənarda yüzlərlə silahlı birləşmələrin və silahlı dəstələrin yaradılmasıdır və bu qruplaşmaların əlindəki silahın həcmcə dövlətin təhlükəsizlik silahlarından üstün ola biləcəyi düşünülür.