Vilayət Eyvazov Yaşar Əliyevin oğluna vəzifə verdi

17:26 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, mayor Tural Əliyev DİN-in Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib.

O, bundan əvvəl Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, Tural Əliyev DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevin oğludur. (oxu.az)