Volqa çayında sululuğun azalması Xəzərdə problemlərə səbəb ola bilər-ETSN

14:06 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Proqnoza görə, 2022-ci ildə Volqa çayının sululuğunun proqnozlaşdırılandan aşağı olması ilə əlaqədar, Xəzər dənizinin orta illik səviyyəsi əvvəlki 2021-ci ildəkindən 20-23 sm aşağı olacaq”.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti rəisi Mehman Axundov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.

Xidmət rəisi bildirib ki, bu, ciddi problemlərə yol aça bilər: "Bu da öz növbəsində, Xəzər dənizi regionunda sosial-iqtisadi fəlakətə, o cümlədən Xəzər dənizinin səviyyəsinin azalmasına səbəb ola bilər. Sözügedən səbəblər sırasında biomüxtəliflik və balıqçılığın azalmasını qeyd edə bilərik".

Oxunma sayı 139