Xaçmazda Samur-Abşeron kanalında qadın batıb

14:00 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

FHN-dən hafta.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.