Xaçmazda yanğın olub

22:52 02.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunun Sayad kəndində həyətyanı ərazidə quru ot, kol-kos 2 ha sahədə, qonşu həyətyanı ərazidə 5 ton ot bağlaması, yaxınlıqda, ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 9 ton ot bağlaması və ümumi sahəsi 72 m² olan talvarın taxta atmaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.