“2023-cü ilin sentyabrınadək Xankəndindəki xəstəxanada tibb bacısı işləmiş bir erməni qadın Moskvadan İrəvana gələrkən “Zvartnots” hava limanında həbs edilib.
Hafta.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə vəkil Roman Yeritsyan öz “Facebook” səhifəsində yazıb.
“Moskvadan İrəvana gələn artsax vətəndaşı bu gün Zvartnots hava limanında 2023-cü ilin sentyabrında Ermənistan hökumətinin binası qarşısında təşkil olunan toplantılarda iştirak etdiyinə görə həbs edilib. İndi dəqiqləşdirirəm ki, qeyd etdiyim faktlar əsasında Ermənistan İstintaq Komitəsinin xüsusilə mühüm işlərin istintaqı baş idarəsində Ermənistan Cinayət Məcəlləsinin 327-ci (kütləvi iğtişaşlar) maddəsi ilə cinayət işi başlanıb. Sözügedən proses çərçivəsində artsaxdan olan qadın qrupda xuliqanlıq etməkdə günahlandırıldı, təbii ki, o, bunu qəbul etməyib. Məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanması barədə vəsatəti əsas olmadığından təmin etməyib və hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından azyaşlı uşaqları da daxil olmaqla ailəsi ilə birlikdə Rusiyada yaşayıb-işləmiş və həlak olmuş əsgərin qızıdır. Bu gün sonuncu atasının dəfn mərasimində iştirak etmək üçün Ermənistana gəlib. “İttiham və həbs qətimkan tədbirinə görə, ən azı iş məhkəməyə çatana qədər, sonuncu Ermənistan Respublikasında qalmalı olacaq”, -erməni vəkil belə yazıb.