Yazını böyüt
Yazını kiçilt
Xankəndindəki binalardan birində güclü partlayış və yanğın baş verib.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistan mediası və Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Əvvəlcə partlayışın hansı səbəbdən baş verməsi haqda informasiya verilməyib. Sonradan separatçı rejimin qondarma “fövqəladə hallar” qurumları hadisəyə aydınılıq gətirib.
Məlum olub ki, olay Xankəndi şəhəri, Tiqran Mets küçəsi, 20 ünvanında yerləşən oksigen avadanlığı sexində baş verib. Əvvəlcə yanğın olub və nəticədə yüksək təzyiqli balonlar partlayıb.
Yanğınsöndürənlər alovun qarşısını qismən alıblar. Separatçı qurum erməni əhalini panikaya düşməməyə çağırıb və guya “yerindəcə bütün lazımi tədbirlər görüldüyünə” əmin edib.