Xaricdəki məşhur istirahət mərkəzlərində rus və ukraynalı turistlər arasında problem yaşanmaması üçün otellər və görməli yerlər marşrutları bir-birindən ayrılıb.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, misirli turizm mütəxəssisləri rus və ukraynalı qrupların görüşməməsi üçün turist bələdçilərinin daimi telefon əlaqəsində olduqlarını bildiriblər. Bələdçilərdən biri isə turistlərin bəzən üz-üzə gəldiyini və tərəflər arasında yumruq davasına qədər gərginliyin olduğunu bildirir.
Məlumata görə, Luksordakı təşkilatçılar rusiyalı turistləri təkcə ukraynalılardan deyil, həm də çex və polşalı turistlərdən ayrı saxlamaq üçün böyük səylər göstərirlər.
Amma qəzet onu da yazıb ki, ilk günlər kimi gərginlik yoxdur. Turizm mütəxəssislərinin fikrincə, qarşıdurmaların azalmasında hər iki ölkədən turistlərin sayının azalması da rol oynayır.
“Moskovskiy Komsomlets”ə danışan türkiyəli turizm mütəxəssisləri də analoji müşahidələr apardıqlarını deyiblər.