Xaricdəki zəngin azərbaycanlıları o qədər çərçivəyə salıblar ki... - Rauf Zeyni

18:33 30.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Müəyyən məsələlər var ki, xaricdəki iş adamlarımız həm parlamentlərdə, həm ölkələrdə öz mübarizələrini aparıb sözlərini deyirlər. Əvvəla o zənginlər çox əlçatmazdır. Yəni onlara hər hansı məqalə və yaxud hər hansı bir formada layihə göndərmək asan deyil.

Bu fikirləri hafta.az-a Milli QHT Forumunun rəhbəri Rauf Zeyni deyib. Onun sözlərinə görə, onlar o qədər çərçivəyə salınıblar ki, ətrafları onlara çatmağa imkan vermir:

"Bu böyük problemdir. İkinci bir tərəfdən verilən layihə o qədər yüksək səviyyədə, beynəlxalq miqyasda olmalıdır ki, iş adamənın diqqətini cəlb eləsin. Yoxsa sıradan bir layihə olacaqsa, onun nəyinə lazımdır onu maliyyələşdirmək. Lobbiçiliyi həyata keçirmək üçün çox güclü milli sistem olmalıdır. Azərbaycan diasporunun beynəlxalq sistemi olmaldır və kiminsə gedib kimisə axtarmağa ehtiyacı olmamaldır. Elə edilməlidir ki, sən burada onun nümayəndəsi ilə rahat şəkildə əlaqələr qura biləsən. Və milli mənafelərin müdafiəsinə görə, o təklif ortaya gələn kimi dəyərləndirilməlidir. Burda hər hansı tərəfkeşlikdən, qrup maraqlarından söz getməməlidir. Əgər milli maraq hər şeydən yüksəkdə olmasa, onda əlbəttə ki, o layihlər də effekt verməyəcək və kiminsə qrup maraqlarına xidmət edən bir şey olacaq. Ona görə də biz 30 ildir bu istiqamətdə addımlar atırıq, problemin kökü hardadadır, nədən qaynaqlanır bilirik".