Xarkov vilayətində Ukrayna ordusu RUSİYA SƏRHƏDDİNƏ ÇATDI

13:31 12.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Cəbhənin bəzi bölmələrində Ukrayna müdafiəçiləri Rusiya ilə dövlət sərhədinə çatdılar. Hafta.az xəbər verir ki, bu barədə OVA-nın rəhbəri Oleq Sinegubov Telegram-da məlumat verib.

"Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən tələsik mövqelərini tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyasının ərazisinə doğru qaçır", - o yazıb.

Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqələrini və Kupyanski rayonunu tərk ediblər.

"Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar", - UVA rəhbəri qeyd edib.