“Xərçəngin dərmanı 2026-cı ilədək hazır olacaq” – Uğur Şahin

10:20 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus epidemiyasına qarşı ilk peyvəndi hazırlayan BioNTech şirkətinin qurucularından olan Uğur Şahin xərçəng xəstəliyinin dərmanları ilə bağlı açıqlama verib.

Hafta.az-ın yazdığına görə, alman mətbuatına açıqlama verən Uğur Şahin bəzi xərçəng növlərinə qarşı inkişaf etdirdikləri dərmanların 2026-cı ildən etibarən qeydiyyat prosesini tamamlayacağını və bazara çıxarıla biləcəyini açıqlayıb.

Şahin yoğun bağırsaq, ağciyər və mədəaltı vəzi xərçənglərinə qarşı üzərində çalışdıqları dərmanların ümidverici olduğunu bildirib.

"Bu tədqiqatlar müvəffəqiyyətli olarsa, dərmanların təsdiqi 2026-cı ildən etibarən mümkün olacaq" deyən Şahin inkişaf etdirilən dərmanların 10 il ərzində kemoterapiya alternativi ola biləcəyini açıqlayıb. Şahin pandemiya sonrası işlərinin 80 faizini xərçənglə mübarizəyə həsr etdiklərini qeyd edib.

Biontech-in həmtəsisçiləri Uğur Şahin və həyat yoldaşı Özləm Türəci ötən il mRNA texnologiyasına əsaslanan xərçəng peyvəndlərinin 2030-cu ildən əvvəl hazır ola biləcəyini açıqlamışdı.